DÜNYA

Metro səhərə qədər fasiləsiz işləyəcək – MOSKVADA
27 DEKABR 2017
293

Metro səhərə qədər fasiləsiz işləyəcək – MOSKVADA

2017-12-27 17:42:00

2017-ci il dekbarın 31-dən 2018-ci il yanvarın ilk günü Moskva metrosu bütün sutka ərzində fasiləsiz işləyəcək.

Fins.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Moskvanın meri Sergey Sobyanin deyib:

“Moskva metrosu sakinlərə və qonaqlara gücləndirilmiş rejimdə fasiləsiz xidmət göstərəcək”.

Qeyd edək ki, dekabrın 31-də Bakı Metropoliteninin bütün stansiyalarında da iş qrafiki dəyişəcək.

Belə ki, həmin gecə metro stansiyaları saat 01:00-a kimi işləyəcək. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bilidirib: "Bu, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Dənizkənarı Milli Parkda təşkil olunacaq atəşfəşanlıqdan sonra sakinlərin rahat mənzil başına çatması məqsədi daşıyır. Sadəcə, sərnişinlərdən xahiş edirik ki, sakinlər "Sahil" stansiyasının bağlı olduğunu nəzərə alsınlar. Metrodan istifadə edəcək sərnişinlər "28 may" və "İçərişəhər" stansiyalarına üz tuta bilərlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276