DÜNYA

Gürcüstanda elektrik enerjisi bahalaşıb
27 DEKABR 2017
288

Gürcüstanda elektrik enerjisi bahalaşıb

2017-12-27 14:24:00

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin əhalisi üçün elektrik enerjisinin istehlak tarifi artırılıb.

Fins.az xəbər verir ki, bu barədə qərar Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının iclasında qəbul olunub.

Qərara əsasən, Tbilisini elektrik enerjisi ilə təmin edən “Telasi” SC-nin abunəçiləri üçün 1 kv/saat üçün tarif ƏDV daxil olmaqla 1,56 tetri bahalaşıb.

2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək yeni tariflər 3 il müddətinə müəyyənləşib.

Gürcüstanın regionlarını elektrik enerjisi ilə təmin edən “Energo-Pro Georgia” SC-nin abunəçiləri üçün də tarifin artırılacağı gözlənilir.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255