DÜNYA

10 il ərzində bayram bazarlığının ən yaxşı mövsümü
27 DEKABR 2017
238

10 il ərzində bayram bazarlığının ən yaxşı mövsümü

2017-12-27 14:10:00

Bu mövsüm bayram bazarlıqları ABŞ üçün son 10 ildən fərqli olaraq daha uğurlu oldu.

Və bunun üçün səbəblər kifayət qədərdir. Həddindən artıq xərcləməyi sevən ölkədə, işsizliyin səviyyəsinin çox aşağı olması,səhm bazarının sürətli artımı,əsas səbəblərdən biridir.

Fins.az xəbər verir ki, mövsümi bazarlıq $ 671 mlrd. məbləğində qiymətləndirilir ki, bu göstərici ötən ilə nisbətən 5,5% yüksəkdir, Bloomberg,tədqiqat firması Customer Growth Partnersə istinadən xəbər verir. Bu, 2005-ci ildən bəri ən yüksək məbləğdir.

Uğur əlamətləri, ev əşyaları və elektronika da daxil olmaqla, bütün mallarda müşahidə olunub. Milada qədər satış $ 598 mlrd. təşkil edib. Proqnozlarda bildirirlər ki, daha $ 78 milyard dollar bu həftə sərf olunacaq.

J.C. Penny Co səhmləri 9,6% artıb, Macys səhmləri 5,5% gəlir əldə etmiş, Kohls səhmləri isə 6,4% bahalaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277