DÜNYA

Qlobal iqtisadi reytinq üzrə proqnozlar açıqlanıb
26 DEKABR 2017
178

Qlobal iqtisadi reytinq üzrə proqnozlar açıqlanıb

2017-12-26 14:05:00

B.Britaniyanın İqtisadi və Biznes Araşdırmaları Mərkəzi (Centre for Economic & Business Research, CEBR) yenilənmiş "World Economic Legue Table" (WELT) hesabatını açıqlayıb. Fins.az xəbər verir ki, hesabatda yer alan proqnozlara əsasən, 2032-ci il üçün ilk 4 böyük istisadiyyat arasında 3 Asiya ölkəsi yer alacaq.

2032-ci ilədək Çin dünyanın ən iri iqtisadiyyatı olacaq. İkinci yeri ABŞ, sonrakı yerləri isə Hindistan və Yaponiya tutacaq. Qeyd edək ki, Hindistan hazırda 7-ci sırada, Yaponiya 3-cü sırada qərarlaşıb, dünyanın ən iri iqtisadiyyatı olan ABŞ isə öz yerini Çinə 2030-cu ildə verəcək.

Mərkəzin ekspertləri hesab edirlər ki, 2030-cu ilə kimi digər lider ölkələr də yerlərini başqa ölkələrə ötürəcək. 2032-ci ilə kimi inkişaf etməkdə olan ölkələrin dünya iqtisadiyyatında payı 56%-ə yüksələcək. Xatırladaq ki, bu göstərici 2000-ci ildə 24% olub. Hesabatda bildirilir ki, Pakistan hazırkı 41-ci sıradan 25-ə, Banqladeş isə 43-dən 31-ə yüksələcək.

Avropa ölkələrinin dünya iqtisadiyyatında xüsusi çəkisi 2032-ci ilə qədər 13,8%-ə geriləyəcək. 2000-ci ildə isə bu göstərici 26%-ə yaxın olub. İtaliya 2027-ci ildə TOP-10-u tərk edəcək. Almaniya isə 2032-ci ilə kimi 4-cü sıradan 5-ci sıraya, B.Britaniya 6-cı sıradan 7-yə, Fransa 5-ci sıradan 9-a enəcək.

İlk 10 böyük iqtisadiyyat sırasına Cənubi Koreya (12-ci sıradan 8-ə), İndoneziya (16-cı sıradan 10-a) da daxil olacaq. Hazırda 8-ci olan Braziliya 6-cı sıraya yüksələrək Fransa və B.Britaniyanı ötəcək.

Rusiya iqtisadiyyatı hazırkı 11-cı sıradakı mövqeyindən 17-ə enərək Türkiyə və İspaniyadan geri düşəcək.

CEBR-ə görə, neft hasil edən Yaxın Şərq ölkələri, o cümlədən S.Ərəbistanı ciddi itkilərlə üzləşəcək. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0069
  • ₽ RUB
    0.0273