DÜNYA

Rusiya Bankı 2018-ci il üçün neftin qiymət proqnozunu artırıb
15 DEKABR 2017
461

Rusiya Bankı 2018-ci il üçün neftin qiymət proqnozunu artırıb

2017-12-15 18:11:00

Rusiya Mərkəzi Bankı 2018-ci ilin baza ssenasirində neftin qiyməti üzrə proqnozunu 44 dollar/bareldən təxminən 55 dollar/barelə qədər artırıb.

Fins.az xəbər verir ki, bu barədə Bankın sədri Elvira Nabiullina bildirib.

“Biz baza ssenarisində 2018-ci il üzrə neftin qiymətini qaldırmışıq. OPEC-in son vaxtlar əldə etdiyi razılığı nəzərə alaraq, gələn il neftin qiyməti üzrə proqnozu 44 dollar/barel əvəzinə bu ilin orta göstəricisinə yaxın - 55 dollar/barelə qədər artırmışıq. Bununla belə, ortamüddətli perspektivdə mühafizəkar yanaşmadan imtina etmək üçün əsasımız yoxdur”, - deyə o əlavə edib.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1335
  • ₽ RUB
    0.0302