DÜNYA

"Goldman Sachs": FED-in martda uçot dərəcəsini artırma ehtimalı 75%-dir
14 DEKABR 2017
304

"Goldman Sachs": FED-in martda uçot dərəcəsini artırma ehtimalı 75%-dir

2017-12-14 19:06:00

FED-in 2018-ci ilin mart ayında keçirəcəyi növbəti iclasda uçot dərəcəsini artırma ehtimalı 75% təşkil edir. Fins.az Report-a istinadən xəbər verir ki, bu proqnoz ABŞ-ın nüfuzlu "Goldman Sachs" bankının baş iqtisadçısı Jan Hatziusun rəhbərliyi altında hazırlanan hesabatda yer alıb.

Hesabatda bildirilir ki, dünən bitən iclasda FED-in ABŞ-da iqtisadi artım tempinin getdikcə daha da sürətlənəcəyini açıqlaması "Goldman Sachs"ın bu proqnozunun əsasını təşkil edib. FED iqtisadi artıma səbəb kimi güclü iqtisadi göstəriciləri və vergi islahatlarını qeyd edir.

"Qoldman Sachs" 2018-ci ildə FED-dən 4 faiz artırma qərarı gözləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254