DÜNYA

Bu gün 12 mərkəzi bankın iclası keçiriləcək
14 DEKABR 2017
260

Bu gün 12 mərkəzi bankın iclası keçiriləcək

2017-12-14 12:53:00

FED-in dünənki iclasından sonra bu gün dünyanın 12 aparıcı mərkəzi bankı monetar siyasətlə bağlı növbəti iclasını keçirməyə hazırlaşır. Fins.az xəbər verir ki, dekabrın 14-də İndoneziya, İsveçrə, Filippin, Avropa, Norveç, Türkiyə, Ukrayna, İngiltərə, Meksika, Çili, Kolumbiya və Perunun mərkəzi banklarının iclası gözlənilir.

Bu ölkələr arasında analitiklər Türkiyə və Meksikanın uçot dərəcəsini artıracağını, qalanların isə faizləri sabit saxlayacağını ehtimal edirlər.

Qlobal valyuta bazarına ən çox Avropa və İngiltərə mərkəzi banklarının qərarları təsir göstərəcək. Onların faizləri sabit saxlaması dolların məzənnəsini bir qədər möhkəmləndirə bilər. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253