DÜNYA

ABŞ gələn il neft hasilatı üzrə Səudiyyə Ərəbistanını ötəcək
13 DEKABR 2017
233

ABŞ gələn il neft hasilatı üzrə Səudiyyə Ərəbistanını ötəcək

2017-12-13 15:01:00

 Neftin qiymətində yaşanan yüksəlişin ABŞ neft hasilatını artırması nəticəsində 2018-ci ilin may ayında bu ölkədə hasilatın Səudiyyə Ərəbistanının analoji göstəricisini keçməsi gözlənilir. 

Fins.az xəbər verir ki, bu proqnozu ABŞ Energetika Nazirliyinin nəzdində müstəqil qurum olan Energetika İnformasiyaları İdarəsi yayıb.

Proqnozlara görə, 2018-ci ilin mayında ABŞ-da neft hasialtı 9,99 mln. barel/günə çatacaq. Səudiyyə Ərəbistanında isə OPEC+ anlaşması çərçivəsində hasilat, təxminən, noyabr ayındakı 9,97 mln. barel/gün səviyyəsində qalacaq.

Xatırladaq ki, ötən həftə ABŞ-da neft hasilatı tarixi rekord səviyyə - 9,707 mln. barel/gün təşkil edib. 

"Report"un analitik qrupu neftin qiymətinin 50 dollar/bareldən aşağı düşməməsi durumunda, ABŞ-ın neft hasilatını artırmağa davam edəcəyi qənaətindədir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301