DÜNYA

Dünyanın ən innovativ şirkətlərinin reytinqi açıqlanıb
13 DEKABR 2017
605

Dünyanın ən innovativ şirkətlərinin reytinqi açıqlanıb

2017-12-13 09:25:00

Avropa Komissiyası 2017-ci il üçün ən innovativ şirkətlərin reytinqini dərc edib.

Fins.az xəbər verir ki, bu il tədqiqat işlərinə və perspektivli texnologiyalara ən çox Almaniyanın “Volkswagen” avtomobil konserni pul xərcləyib (13,7 milyard avro).

İkinci yeri müvafiq xərcləri 12,9 milyard avro təşkil edən “Google” şirkətinin sahibi, ABŞ-ın “Alphabet” holdinqi tutub. Üçüncü pillədə 12,4 milyard avro xərclə ABŞ-ın “Microsoft” korporasiyası, dördüncü yerdə bu məqsədlərə 12,2 milyard avro sərf edən Cənubi Koreyanın “Samsung Electronics” şirkəti qərarlaşıb.

Liderlər beşliyini daha bir ABŞ şirkəti – “Intel” tamamlayıb. Onun innovasiyalara xərcləri 12,1 milyard avroya bərabər olub. Çinin “Huawei” şirkətinin geridə qoyduğu “Apple” korporasiyası siyahıda 7-ci yerlə kifayətlənib.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301