DÜNYA

Rusiya sanksiyalardan yayınmaq üçün kriptovalyutalardan istifadə edə bilər
12 DEKABR 2017
295

Rusiya sanksiyalardan yayınmaq üçün kriptovalyutalardan istifadə edə bilər

2017-12-12 17:08:00

Xarici məhdudiyyətlərdən yayınmaq məqsədilə "bitcoin"lərdən istifadə obyektiv zərurət çevrilə bilər. Fins.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidentinin müşaviri Sergey Qlazyev Prezident Administrasiyasında kriptovalyutaların hüquqi statusu barədə keçirilən müzakirələr zamanı çıxış edib.

"Kriptovalyutalardan istifadə etmək üçün obyektiv zərurət yaranıb. Birincisi, banklar sanksiyalarla üzləşib və hesablaşmalar həyata keçirmək istəmir. Dövlət üçün önəmli bəzi fəaliyyət növləri üzrə bu maliyyə aləti bizə çox yarayır. Sanksiyalara baxmayaraq, kontragentlərimizlə bu yolla hesablaşmalar apara bilərik", - deyə S.Qlazyev əlavə edib.

Müşavir həmçinin milli kriptovalyutanın yaradıla biləcəyini də açıqlayıb: "Blokçeyn vasitəsilə rəqəmsal rubl və ya kriptorubl tədavülə buraxıla bilər".

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253