DÜNYA

Finlandiyaya dünyanın ən böyük dövlət bayrağı hədiyyə ediləcək
08 DEKABR 2017
227

Finlandiyaya dünyanın ən böyük dövlət bayrağı hədiyyə ediləcək

2017-12-08 10:28:00

Finlandiyaya 30-a yaxın ölkə dekabrın 6-da qeyd olunan yubiley - Müstəqillik günü ilə əlaqədar böyük dövlət bayrağı hədiyyə edəcək.

Fins.az xəbər verir ki, bu barədə Finlandiyanın dövlət müstəqilliyinin 100 illiyinə həsr olunmuş yubiley tədbirləri saytında qeyd olunub.

"Ölçüsü 26 m x 16 m olan bayrağın ümumi sahəsi 416 kvadratmetrdir. Bu, dünyadakı ən böyük dövlət bayrağı olacaq. Xüsusi yüksək dözümlü parçadan hazırlanmış bayrağın ərsəyə gəlməsində 30-a yaxın dövlət iştirak edib. Bayraq dirəkdə bütün sutka boyu qalacaq və bu, istisna haldır. Çünki Finlandiya qanunvericiliyinə əsasən, dövlət bayrağı gecə bayraq dirəyində ola bilməz", - məlumatda deyilir.

Qeyd olunur ki, hədiyyə dekabrın 8-də keçiriləcək xüsusi mərasimdə təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277