DÜNYA

ABŞ prezidentinin reytinqi rekord həddə düşüb
08 DEKABR 2017
427

ABŞ prezidentinin reytinqi rekord həddə düşüb

2017-12-08 10:24:00

ABŞ prezidenti Donald Trampın reytinqi 32 faizə düşüb.

Fins.az xəbər verir ki, bu barədə Vaşinqtondakı “Pew Research Center” araşdrıma mərkəzinin keçirdiyi sosioloji rəy sorğusunun nəticələrində bildirilib.

Donald Tramp prezident andı içidiyi 2017-ci il yavarın 20-dən indiyədək bu ən aşağı reytinq sayılır.

Sorğuların nəticələrinə əsasən, ABŞ prezidenti Donald Trampın hazırda yürütdüyü siyasəti respondentlərin 32 faizi bəyəndiyini bildirib. Rəyi soruşulanların 63 faizi isə onun siyasətini bəyənmədiyini vurğulayıb. Cari ilin oktyabrında Gallup sosioloji xidmətinin keçirdiyi rəy sorğununun nətcələrində respondentlərin 33 faizi Donlad Trampın yürütdüyü siyasəti bəyəndiklərini bildirmişdilər.

“Pew Research Center” sorğunu noyabrın 29-dan dekabrın 4-dək 1500 yetkin ABŞ vətəndaşı arasında keçirib.

Qeyd edək ki, rəy sorğularında ABŞ-ın Trampdan əvvəlki prezidenti Barak Obamanın reytinqi 38 faizdən aşağı düşməmişdi. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9996
  • ₽ RUB
    0.0259