DÜNYA

Leonardo da Vinçinin ən bahalı şəkli Abu-Dabidəki Luvr muzeyində nümayiş olunacaq
07 DEKABR
64

Leonardo da Vinçinin ən bahalı şəkli Abu-Dabidəki Luvr muzeyində nümayiş olunacaq

2017-12-07 11:20:00

 Leonardo da Vinçinin ötən ay hərracda rekord məbləğə - 450 milyon dollara satılan "Dünyanın xilaskarı" şəkili Abu-Dabidəki Luvr muzeyində nümayiş olunacaq.

Fins.az xəbər verir ki, bu barədə noyabr ayında açılan muzeyin "Twitter" səhifəsində məlumat verilib.

Amma şəkilin alınması sirri açıqlanmayıb. Hələ də Nyu-Yorkdakı "Christie" hərracında Leonardonun şedevr əsəsrinin kim tərəfindən alındığı aydın deyil. Alıcı hərraca telefonla qatılaraq anonim qalmağı üstün tutub. 

"New York Times" nəşrinin məlumatına görə, Da Vinçini möhtəşəm əsəri üçün rekord məbləği Səudiyyə şahzadəsi Bader bin Abdulla bin Məhəmməd bin Fərhan əl-Səud verib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287