DÜNYA

Bitkoin 14 000 dolllar həddini də keçib
07 DEKABR
92

Bitkoin 14 000 dolllar həddini də keçib

2017-12-07 10:15:00

Bitkoin virtual kriptovalyutanın qiyməti 14 133 dollara yüksələrək tarixi rekordunu yeniləyib. Bununla da, bitkoinin kapitallaşması 297 mlrd. dollara çatıb.

Fins.az xəbər verir ki, bununla da bitkoin ilin əvvəlindən 14 dəfədən çox bahalaşıb.

Bitkoinin bahalaşmasına səbəb kimi bu kriptovalyutanın dekabrın 18-dən təşkilatlanmış kapital bazarlarında tədavülə başlaması amili göstərilir. Belə ki, bitkoinlə ABŞ-ın CME və CBOE birjalarında fyuçers əməliyyatlarına start veriləcək. Bu da bitkoinin qiymətində volatilliyi aradan qaldıracaq.

Analitiklər bitkoinin dekabrın 18-dək öz potensial qiymətini tapacağını bildirir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287