DÜNYA

Bitkoin 12 000 dollar səviyyəsini ötüb
06 DEKABR 2017
234

Bitkoin 12 000 dollar səviyyəsini ötüb

2017-12-06 11:38:00

 Bitkoin virtual kriptovalyutanın qiyməti 12 273 dollara yüksələrək tarixi rekordunu yeniləyib.

Fins.az xəbər verir ki, bununla da bitkoin ilin əvvəlindən 12 dəfədən çox bahalaşıb.

Son bahalaşmaya səbəb kimi bitkoinin dekabrın 18-dən təşkilatlanmış kapital bazarlarında tədavülə başlaması amili göstərilir. Belə ki, bitkoinlə ABŞ-ın CME və CBOE birjalarında fyuçers əməliyyatlarına start veriləcək. Bu da bitkoinin qiymətində volatilliyi aradan qaldıracaq. 

Analitiklər qrupu bitkoinin dekabrın 18-dək öz potensial qiymətini tapacağını bildirir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256