DÜNYA

Dünyanın ən yaxşı özəl bankı elan edildi
06 DEKABR
204

Dünyanın ən yaxşı özəl bankı elan edildi

2017-12-06 11:23:00

Global Finance yenilənmiş World’s Best Private Banks Awards 2018 reytinqini təqdim edib.

Fins.az xəbər verir ki, İsveçrənin maliyyə holdinqi UBS yenidən dünyanın ən yaxşı özəl bankı statusuna layiq görülüb.

“Ən yaxşı özəl innovativ bank” kateqoriyasında ilk pillə isə Sinqapurun DBS Private Banking maliyyə təşkilatına verilib. DBS keçən il milleniallar üçün ən yaxşı bank elan edilmişdi. Bu il bu ada Morgan Stanley layiq görülüb.

Sahibkarlar üçün ən yaxşı bank Santander Private Banking, top-menecerlər üçün isə HSBC Private Banking seçilib.

1 milyon ABŞ dollarından az kapital üçün ən yaxşı bank Societe Generale, 1 milyondan 25 milyon dollara qədər olan kapital üçün RBC, 25 milyon dollardan çox kapital üçün isə Citi Private Bank təyin edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0012
  • ₽ RUB
    0.0288