DÜNYA

2018-ci il türk dünyasının mədəniyyət paytaxtı hara oldu?
05 DEKABR 2017
355

2018-ci il türk dünyasının mədəniyyət paytaxtı hara oldu?

2017-12-05 16:40:00

Türkiyənin Kastamonu şəhəri TÜRKSOY tərəfindən 2018-ci il türk dünyasının mədəniyyət paytaxtı elan edilib.

Fins.az-ın məlumatına görə, bu barədə qərar Qazaxıstanda keçirilən TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının 35-ci toplantısında qəbul edilib.

Qeyd edək ki, bundan öncə - yəni 2017-ci il türk dünyasının mədəniyyət paytaxtı Qazaxıstanın Türküstan şəhərim olub. TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının 35-ci toplantısı da hazırda burada öz işinə başlayıb.

Xatırladaq ki, 2016-cı il türk dünyasının mədəniyyət paytaxtı Azərbaycanın tarixi şəhəri Şəki olub.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259