DÜNYA

"Morgan Stanley": Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini artıracaq
05 DEKABR
95

"Morgan Stanley": Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini artıracaq

2017-12-05 14:39:00

 Türkiyə Mərkəzi Bankının (TCMB) dünən açıqlanan inflyasiya göstəricisindən sonra dekabrın 14-də keçirəcəyi iclasda uçot dərəcəsini 0,75 faiz bəndi artıracağı gözlənilir. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bu proqnozu ABŞ-ın "Morgan Stanley" bankının analitikləri verib.

İnflyasiyanın 12,98%-ə - son 14 ilin ən yüksək səviyyəsinə çatması TCMB-nin qarşısında növbəti iclasda 3 fərqli ssenari qoyub. Bunlardan birincisi, TCMB monetar siyasətdə heç bir dəyişiklik etməyəcək, tələbin yumşalması nəticəsində inflyasiyanın düşməsini gözləyəcək. Bankın əsasən üzərində durduğu ikinci ssenariyə əsasən, gec likvidlik pəncərəsi (hazırda 12,25%) 0,75 faiz bəndi artırılaraq digər monetar siyasət alətləri olan bir günlük maliyyələşmə və həftəlik repo faizləri sabit saxlanıla bilər. Ücüncü və ən real olmayan varianta görə isə, gec likvidlik pəncərəsi 2-3 faiz bəndi artırılacaq. "Morgan Stanley" qısamüddətli perspektivdə inflyasiyanın aşağı düşəcəyini proqnozlaşdırdığı üçün bu variantda real faizlərin yüksələcəyi gözlənilir ki, bank bu variantı az mümkün hesab edir.

Xatırladaq ki, dekabrın 12-13-də ABŞ Federal Ehtiyat Sisteminin (FED) də növbəti iclası keçiriləcək. İclasda uçot dərəcəsinin 0,25 faiz bəndi artırılması gözlənilir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289