DÜNYA

OPEC noyabrda öhdəliyinə artıqlaması ilə əməl edib
05 DEKABR 2017
130

OPEC noyabrda öhdəliyinə artıqlaması ilə əməl edib

2017-12-05 10:57:00

OPEC ölkələrinin noyabr ayında neft hasilatı 0,3 mln. barel/gün və ya 0,9% azalaraq 32,48 mln. barel/günə geriləyib. Fins.azxəbər verir ki, bu barədə məlumat "Reuters" agentliyinin araşdırmalarına əsasən verilib.

Araşdırmada bildirilir ki, göstərici Anqola, İraq, Nigeriya və Venesuelada hasilatın geriləməsi səbəbindən azalıb: "OPEC-in noyabr ayında hasilat həcmi OPEC+ anlaşmasında etalon kimi qəbul edilən 2016-cı ilin oktyabr səviyyəsi ilə müqayisədə 1,298 mln. barel/gün aşağı olub. Həmçinin, noyabrda hasilat həcmi OPEC+ anlaşması üzvlərinin qəbul etdiyi öhdəlikdən də 134 min barel/gün az olub. Bununla da, noyabr anlaşması üzrə öhdəliyə 112% əməl edilib. Qeyd edək ki, oktyabr ayında bu göstərici 92% təşkil edib".

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1060
  • ₽ RUB
    0.0301