DÜNYA

Trampın miqrasiya barədə fərmanı qüvvəyə minib
05 DEKABR
120

Trampın miqrasiya barədə fərmanı qüvvəyə minib

2017-12-05 10:31:00

ABŞ Ali Məhkəməsi prezident Donald Trampın miqrasiya barədə fərmanının qüvvəyə minməsi barədə qərar çıxarıb.

Fins.az-ın verdiyi xəbərə görə, qərar fərmana qarşı qaldırılan iddialara baxılanadək müvəqqəti olaraq qüvvədə qalacaq.

D. Trampın fərmanı İran,  Liviya, Somali, Suriya, Çad və Yəmən vətəndaşlarının ABŞ-a gəlişinə qadağanı nəzərdə tutur. Digər fərmanla D.Tramp  Şimali Koreya vətəndaşları və Venesuela məmurlarının ABŞ-a girişinə qadağa qoyub.

Beləliklə, Ali Məhkəmə yekun qərar verənə qədər D. Trampın fərmanı icra olunacaq.

Qeyd edək ki, oktyabrın 17-də ABŞ-ın Havay ştatında federal hakim D.Trampın immiqrasiya rejiminin sərtləşdirilməsinə yönəlmiş fərmanının icrasına qadağa qoyub.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+5°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0287