DÜNYA

Dünya çempionatı Rusiya – Səudiyyə Ərəbistanı görüşü ilə başlanacaq
04 DEKABR
101

Dünya çempionatı Rusiya – Səudiyyə Ərəbistanı görüşü ilə başlanacaq

2017-12-04 11:52:00
Gələn il Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı iyunun 14-də Moskvadakı “Lujniki” stadionunda Rusiya–Səudiyyə Ərəbistanı görüşü ilə başlanacaq. Çempionat sahibləri və ilkin mərhələdə onların rəqibləri “A” qrupunda çıxış edəcəklər. Bu, dekabrın birinci günü Moskvada Dövlət Kreml Sarayında keçirilmiş püşkatma mərasimində məlum olmuşdur. Püşk nəticəsində dünya çempionatında iştirak edəcək 32 komanda 8 qrupa bölünmüşdür.
“A” qrupuna Rusiya və Səudiyyə Ərəbistanı ilə yanaşı, Misir və Uruqvay komandaları daxildirlər.
“B”. Portuqaliya, İspaniya, Mərakeş, İran.
“C”. Fransa, Avstraliya, Peru, Danimarka.
“D”. Argentina, İslandiya, Xorvatiya, Nigeriya.
“E”. Braziliya, İsveçrə, Kosta-Rika, Serbiya.
“F”. Almaniya, Meksika, İsveç, Cənubi Koreya.
“G”. Belçika, Panama, Tunis, İngiltərə.
“H”. Polşa, Seneqal, Kolumbiya, Yaponiya.
Qruplarda 1-2-ci yerləri tutan komandalar səkkizdəbir finalda mübarizəni davam etdirəcəklər. Mundialın oyunları 11 şəhərdə: Moskva, Sankt-Peterburq, Rostov, Soçi, Yekaterinburq, Saransk, Kalininqrad, Nijni Novqorod, Kazan, Volqoqrad və Samarada keçiriləcəkdir. Bir ay bir gün davam edəcək dünya çempionatı 2018-ci il iyulun 15-də final görüşü ilə başa çatacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289