DÜNYA

Yaxın saatlarda Moskvaya güclü qar yağacaq
04 DEKABR
131

Yaxın saatlarda Moskvaya güclü qar yağacaq

2017-12-04 09:45:00

Yaxın saatlarda Rusiyanın paytaxtı Moskvaya güclü qar yağacaq. Qar şiddətli külək və buz bağlama ilə müşayiət olunacaq.

Fins.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən TASS məlumat yayıb.

Meteoroloqların sözlərinə görə, pis hava şəraiti Moskva üzərindən isti cənub siklonu cəbhəsinin keçidini müşayiət edəcək. Xilasedicilərin xəbərdarlığına görə, gün ərzində görüntünün pisləşəcəyi, avtonəqliyyat vasitələrinin hərəkətinin çətinləşəcəyi və yol qəzalarının sayının artacağı gözlənilir.

Pis hava şəraitinin günün sonuna qədər davam edəcəyi ehtimal edilir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9994
  • ₽ RUB
    0.0289