DÜNYA

OPEK ölkələri hasilatın məhdudlaşdırılması sazişinin müddətini uzatmağa razı oldular
30 NOYABR
159

OPEK ölkələri hasilatın məhdudlaşdırılması sazişinin müddətini uzatmağa razı oldular

2017-11-30 16:42:00

OPEK ölkələri neft hasilatının məhdudlaşdırılması haqqında sazişin müddətinin 2018-ci ilin sonunadək uzadılması ilə bağlı razılığa gəliblər.

Fins.az-ın məlumatına görə, sazişin nəticələri gələn ilin ortalarında təhlil olunacaq.

Bu gün Vyanada adıçəkilən sazişə imza atan OPEK-ə üzv olan və kartelə daxil olmayan 24 ölkənin neft və energetika nazirlərinin görüşü keçirilir.

Qeyd edək ki, bundan əvvəl neft hasilatının məhdudlaşdırılması haqqında razılaşmanın müddəti 2018-ci il martın sonunadək uzadılmışdı.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0012
  • ₽ RUB
    0.0288