DÜNYA

2018-ci il dünya iqtisadiyyatının artım ili olacaq
30 NOYABR
104

2018-ci il dünya iqtisadiyyatının artım ili olacaq

2017-11-30 11:50:00

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) 2018-ci il üzrə iqtisadi proqnozunu nəşr edib.

Fins.az xəbər verir ki, proqnoza əsasən, dünya iqtisadiyyatı növbəti il demək olar ki, 4% artacaq. Məşğulluq səviyyəsi böhrandan əvvəlki göstəricilərdən yüksəkdir, işsizlik isə enir.

“Ölkələr məhsuldarlıq və əmək haqqının artırılması üçün özəl sahəni stimullaşdıran islahatlar həyata keçirməlidir” – deyə İƏİT icraçı katibi Angel Gurria şərh edib.

Gözləntilərə görə, iqtisadiyyatda ən böyük artım Almaniya – 2,3%, Fransa – 1,8% və İtaliya – 1,5% kimi ölkələrdə qeydə alınacaq. Ekspertlər buna əsas səbəb olaraq stimullu pul-kredit siyasətini, istehlak göstəricilərinin artması və investisiya həcminin artımını göstərib.

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289