DÜNYA

Ekspertlər: Rusiya neft qiymətlərinin yüksəlməsindən ehtiyatlanır
29 NOYABR
238

Ekspertlər: Rusiya neft qiymətlərinin yüksəlməsindən ehtiyatlanır

2017-11-29 17:33:00

 Rusiya neft qiymətlərinin cari səviyyədən daha çox artmasını istəmir. Fins.az xəbər verir ki, bu fikri Londonda yerləşən "Facts Global Energy" araşdırma şirkətinin ekspertləri səsləndiriblər.

FGE-nin proqnozlarına görə, sabah keçiriləcək OPEC+ sammitində üzv ölkələr anlaşmanın daha 9 ay uzadılmasında həmfikir olsalar da, Rusiyanın mövqeyi hələ də tam bəlli deyil. Rusiyalı istehsalçılar anlaşmanın uzun müddətə prolonqasiyasına qarşı çıxır. Buna səbəb, neft qiymətlərinin yüksəlməsinin ABŞ-ın şist neft hasilatını artıracağından duyulan narahatlıqdır. Çünki, əgər OPEC+ anlaşması 9 ay müddətinə uzadılsa, o zaman neft qiymətləri 60 dollar/bareldən yuxarı səviyyədə sabitləşəcək.

FGE-nin hesabatına əsasən, 2018-ci ildə qlobal neft ehtiyatlarının həcmində önəmli dəyişiklik olmayacaq. Belə ki, gələn il tələb təklifə yaxın olacaq, hasilatın cari səviyyədən yuxarı olması isə neft bazarında balansı poza bilər. OPEC-in OECD ölkələrində neft ehtiyatlarının məcmu səviyyəsini son 5-illik orta səviyyəyə qədər azaltmaq kimi aqressiv davranışı isə neft qiymətlərini artıra bilər. Bu da Rusiyanın maraqlarına ziddir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289