DÜNYA

ECB: Qlobal maliyyə sabitliyi üçün risklər yaranıb
30 NOYABR
96

ECB: Qlobal maliyyə sabitliyi üçün risklər yaranıb

2017-11-30 09:10:00

 Avrozona iqtisadiyyatı üçün risklər zəif olaraq qalır. Buna səbəb bölgədə iqtisadi artımın genişmiqyaslı sürətlənməsidir. Lakin qlobal risk təhdidi davam edir.

Fins.az xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankının (ECB) maliyyə sabitliyi hesabatında qeyd edilib.

Hesabatda bildirilir ki, avrozona iqtisadiyyatı ardıcıl 18 rüb inkişaf edir. Bu, son 10 ildə ən yaxşı göstəricidir. Aparıcı indikatorlar iqtisadi artımın kənar ölkələrə qədər yayıldığını göstərir.

"İqtisadi artımın sürətlənməsi avrozonada aktivlərin qiymətində izafi artıma səbəb olmayıb. Lakin qlobal maliyyə bazarlarında korreksiya bölgənin maliyyə sabitliyinə zərər vura bilər", -deyə hesabatda qeyd edilir.

ECB əsas qlobal risklər arasında bank sektorunun zəif rentabelliyini, dövlət borcları ilə bağlı təhlükənin yenidən geri qayıtmasını, likvidlik riskini göstərib. Tənzimləyici bildirib ki, "qlobal maliyyə bazarlarında risk premiyalarının daralması gələcəkdə aktivlərin qiymətində kəskin korreksiyaya səbəb ola bilər".

 © Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+5°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0287