DÜNYA

Rusiyada növbəti iqtisadi böhranın səbəbləri açıqlanıb
28 NOYABR 2017
433

Rusiyada növbəti iqtisadi böhranın səbəbləri açıqlanıb

2017-11-28 18:37:00

"Büdcədə təhsil və səhiyyə xərclərinin bu sektorlarda islahatlar olmadan artırılması, ölkədə iqtisadi böhrana səbəb ola bilər".

Fins.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib.

"Fikrimizcə, bu sahələrdə dəyişikliklər olmadan xərcləri artırmaq olmaz. Təhsil, səhiyyə və sosial təminat sahələrində kifayət qədər mənbə var. Bu sektorlarda xərclər artırılmadan belə struktur dəyişiklikləri aparıla bilər. Xərcləri, xüsusilə də neft-qaz satışından əldə olunan gəlirləri bu sektorlara xərcləmək risklər yaradır. Nəticə iqtisadi böhranla bitə bilər", - deyə A.Siluanov sözlərinə əlavə edib.

Qeyd edək ki, bir qədər əvvəl Rusiya Bankının (Mərkəzi Bank) rəhbəri Elvira Nabiullina bildirib ki, pul-kredit siyasətinin yumşaldılması hazırda sağlamlaşmağa doğru irəliləyən iqtisadiyyata mənfi təsir edə bilər.

E.Nabiullina yalnız uçot dərəcəsinin azaldılmasının iqtisadi artımın stimullaşdırılması üçün yetərli olmayacağını qeyd edib.

Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277