DÜNYA

Rusiya ilə Səudiyyə Ərəbistanı arasında OPEC+ anlaşmasında mübahisə yaranıb
28 NOYABR 2017
237

Rusiya ilə Səudiyyə Ərəbistanı arasında OPEC+ anlaşmasında mübahisə yaranıb

2017-11-28 16:01:00

OPEC+ neft hasilatının azaldılması ilə bağlı anlaşmanın müddətinin uzadılması məsələsində Rusiya ilə Səudiyyə Ərəbistanı arasında fikir ayrılığı yaranıb.

Fins.az xəbər verir ki, bu açıqlamanı Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih bildirib.

Dubayda açıqlamalar verən nazir qeyd edib ki, onun ölkəsi anlaşmanın 9 ay uzadılmasını təklif edir. Lakin Rusiya tərəfi anlaşmanın daha az müddətə uzadılması tərəfdarı olduğunu açıqlayıb.

Qeyd edək ki, OPEC+ anlaşması 2018-ci il martın 31-də bitir. OPEC və ona üzv olmayan neft ölkələri 2 gündən sonra Vyana şəhərində keçiriləcək sammitdə anlaşmanın uzadılıb- uzadılmaması ilə yanaşı hasilat kvotalarına dəyişiklikləri müzakirə edəcək. Bu günə qədər anlaşmanın 9 ay uzadılacağı ehtimal edilirdi.

Bu xəbərdən sonra "Brent" markalı neftin qiyməti 0,85% azalaraq 62,83 dollar/barelə geriləyib. "Report"un analitik qrupu sammitin nəticələrindən asılı olmayaraq neft qiymətlərinin düşməyə başlayacağını proqnozlaşdırır. Lakin qiymət azalması kəskin olmayacaq və 55 dollar/bareldə sabitləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301