DÜNYA

Rusiyada siqaretin 40% bahalaşacağı gözlənilir
28 NOYABR 2017
266

Rusiyada siqaretin 40% bahalaşacağı gözlənilir

2017-11-28 13:56:00

Tütün məmulatlarına minimal pərakəndə qiymətinin tətbiq olunması nəticəsində Rusiyada siqaretin qiyməti 40% arta bilər. 

Fins.az xəbər verir ki, bu barədə maliyyə nazirinin müavini İlya Trunin məlumat verib.

Minimal pərakəndə qiymətini Səhiyyə Nazirliyi müəyyənləşdirəcək. Maliyyə Nazirliyindən verilən məlumata görə, nəticədə əhalinin siqaret tələbi aşağı düşəcək və istehlakı azalacaq.

Ekspertlərin fikrincə, hazırda Səhiyyə Nazirliyinin hansı qiymət həddini minimum seçəcəyi bilinmir. Maliyyə Nazirliyinin 2018-ci ildən etibarən aksizləri ən azı 80 rubl/qutu (1,37 dollar/qutu) səviyyəsinə qədər artırma təklifi siqaretlərin qiymıtinin 1,5 dəfə artmasına gətirib çıxara bilər.

İqtisadi və maliyyə araşdırmaları Mərkəzinin ekspertləri hesab edirlər ki, yeni vergilərlə siqaretin bir qutusunun qiymətində orta hesabla 40% artım gözlənilir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253