DÜNYA

FED rəhbəri postuna namizəd uçot dərəcəsinin tədricən artırılmasının tərəfdarıdır
28 NOYABR
274

FED rəhbəri postuna namizəd uçot dərəcəsinin tədricən artırılmasının tərəfdarıdır

2017-11-28 09:45:00

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) rəhbəri postuna namizəd Cerom Pauell uçot dərəcəsinin tədricən artırılmasının tərəfdarıdır.

Fins.az-ın APAverdiyi xəbərə görə, bu gün Senatda C. Pauellin FED rəhbəri postuna namizədliyi ilə bağlı dinləmələr keçiriləcək.

“Biz uçot dərəcəsinin tədricən artacağını gözləyirik”, deyə C.Pauell bildirib. Hazırda FES-in İdarə Heyətinin üzvü olan 64 yaşlı hüquqşünas hesab edir ki, uçot dərəcəsinin tədricən artırılması FED-in əsas prioritetlərinə (əhalinin məşğulluğunun artması və sabit qiymətlər) cavab verir.

ABŞ prezidenti Donald Tramp Amerikanın Mərkəzi Bankı hesab edilən Federal Ehtiyat Sisteminin (FED) rəhbəri postuna Cerom Pauelin namizədliyini noyabrın əvvəlində irəli sürüb. Prezidentin qərarı Senat tərəfindən təsdiqlənməlidir.

2016-ci ilin dekabrında FED 2008-ci ildən etibarə ilk dəfə uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0,5-0,75% artırılması barədə qərar qəbul edib. Sonuncu dəfə FED 2017-ci ilin iyunda uçot dərəcəsini 0,75-1%-dən  1-1,25%- dək artırıb. Uçot dərəcəsinin dekabrda  artırılması gözlənilir.

Qeyd edək ki, Canet Yelenin FED rəhbəri postunda səlahiyyətlərinin müddəti 2018-ci ilin fevralında başa çatır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0116
  • ₽ RUB
    0.0290