DÜNYA

Qazaxıstan Mərkəzi Bankı uçot dərəcəsini dəyişdirməyib
27 NOYABR
146

Qazaxıstan Mərkəzi Bankı uçot dərəcəsini dəyişdirməyib

2017-11-27 17:21:00

Qazaxıstan Milli Bankı (Mərkəzi Bank) bu gün keçirdiyi iclasda uçot dərəcəsni dəyişdirməyərək 10,25% səviyyəsində saxlayıb. Fins.az xəbər verir ki, bu barədə Bankdan məlumat verilib.

Məlumatda bildirilir ki, uçot dərəcəsi sabit saxlanılmaqla yanaşı, faiz dəhlizi də +/-1% səviyyəsində qalıb. Qeyd edək ki, analitiklər Qazaxıstan Milli Bankının uçot dərəcəsini 0,25 faiz bəndi azaldacağını proqnozlaşdırmışdılar.

Bankdan verilən məlumata əsasən, sentyabrda 7,1% olan illik inflyasiya, oktyabrda 7,7%-ə çatıb: "Lakin bu, Bankın hədəflədiyi 6-8% diapazonu daxilindədir".

Xatırladaq ki, hazırda Qazaxıstanda dolların məzənnəsi 331 tenge təşkil edir. Bu, tarixi rekord həddən 15,56% aşağıdır. Tarixi rekord isə 2016-cı il yanvarın 21-də (392 KZT/USD) qeydə alınıb.

©  Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0012
  • ₽ RUB
    0.0288