DÜNYA

Bitkoin İlon Maska məxsusdur? – ŞOK İDDİA
28 NOYABR 2017
598

Bitkoin İlon Maska məxsusdur? – ŞOK İDDİA

2017-11-28 09:16:00

“Bitkoinin yaradılmasının arxasında milyarder İlon Mask dayanır, Satoşi Nakamoto psevdoniminin arxasında gizlənən məhz odur”.

Fİns.az-ın verdiyi məlumata görə, bu barədə İ. Maskın rəhbərlik etdiyi “SpaceX” şirkətinin sabiq əməkdaşı Sahil Qupta bildirib. O deyib ki, İ. Mask bitkoinin yaradılmasında istifadə olunan “C + +” proqram dilinə yaxşı bələddir.

S. Qupta xatırladıb ki, İ. Maskda qlobal problemləri həll etmək ehtirası var və bitkoin məhz 2008-ci ildə baş vermiş qlobal maliyyə böhranı zamanı yaradılıb. Sonda sabiq əməkdaş qeyd edib ki, İ. Maskın hazırda bitkoindən gələn gəlirə ehtiyacı yoxdur. Belə ki, bitkoin satışa çıxarılsa, ondan 8 milyard dollara yaxın pul qazanmaq olar, bu isə İ. Maskın rəsmi varidatından (19,7 milyard $) iki dəfədən də çox azdır.  

Lakin “Cryptocoinsnews” buna qarşı bəzi əks-arqumentlər irəli sürüb. Belə ki, 2008-ci il “SpaceX” və “Tesla” üçün ən neqativ illərdən biri olub və İ. Mask həmin zaman diqqətini başqa layihəyə cəmləşdirə bilməzdi. Bundan başqa, İ. Mask jurnalistlərin diqqət mərkəzindədir və hər addımı izlənilir.

Qeyd edək ki, bitkoin kriptovalyutasını 2009-cu ildə Satoşi Nakamata nikli şəxs və ya şəxslər yaradıb. Onun (və ya onların) kimliyi hələ də bəlli deyil.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301