DÜNYA

Novak: “OPEC+ ölkələrinin demək olar hamısı sazişin uzadılmasının tərəfdarıdır”
27 NOYABR
102

Novak: “OPEC+ ölkələrinin demək olar hamısı sazişin uzadılmasının tərəfdarıdır”

2017-11-27 15:21:00

"Demək olar ki, OPEC+ ölkələrinin hamısı neft hasilatının azaldılması ilə bağlı sazişin uzadılmasının tərəfdarıdır". Fins.az xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

“Müqavilənin imzalanması çərçivəsində qoyulan məqsədlərə pozitiv şəkildə çatırıq. Görürük ki, artıq neft ehtiyatlarının 50%-i bazardan çıxıb, neftin qiyməti sabitləşir və “Brent” markalı neftin 1 barelinin qiyməti 60 dollar və daha yuxarı qiymətə qalxıb. Bununla belə, hələ bazarın balanslaşdırılması ilə bağlı hədəfin sonuna çatmamışıq. İndi demək olar ki, bütün ölkələr son hədəfə çatmaq üçün sazişin müddətinin uzadılmasının tərəfdarıdır”.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC və qeyri-OPEC dövlətləri arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin I rübün sonunadək uzadılması barədə razılıq əldə olunub.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289