DÜNYA

Tbilisinin meri Kaladze əməkhaqqı almır – SƏBƏB?
26 NOYABR 2017
479

Tbilisinin meri Kaladze əməkhaqqı almır – SƏBƏB?

2017-11-26 17:00:00

Tbilisinin meri Kaxa Kaladze əməkhaqqını almayacaq və həmin pul xeyriyyəçilik işlərinə sərf olunacaq. Fins.az-ın məlumatına görə, bunu paytaxt Meriyasının mətbuat xidmətindən deyiblər.

Mətbuat xidmətindən bildiriblər ki, K.Kaladze artıq neçə illərdir ki, əməkhaqqından imtina edib və bu, yeni xəbər deyil: "O, energetika naziri olanda da əməhaqqı almırdı və pul sosial yardımlara sərf olunurdu".

K.Kaladzenin Gürcüstanın ən varlı simalarından biri olduğu bildirilir. Bəyənnaməyə əsasən onun hesabında 9,6 milyon dollardan çox vəsait var.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1060
  • ₽ RUB
    0.0301