DÜNYA

İsrail kriptovalyuta üçün tənzimlənmə yaradır
24 NOYABR 2017
208

İsrail kriptovalyuta üçün tənzimlənmə yaradır

2017-11-24 15:02:00

İsrail Maliyyə nazirliyi kriptovalyutanı tənzimləyəcək olan qanunvericiliyin yaradılması üçün işçi qrupu təşkil edəcək.

Belə bir qərara ölkənin maliyyə icmasının nümayəndələri ilə maliyyə naziri Moşe Kahlona gəlib. Onlar isə öz növbəsində İsrailin hələ rəqəmsal valyutaların tənzimlənməsi ilə məşğul olmağa hazır olmadığını etiraf ediblər.

İşçi qrupunun yaradılması ilə bağlı təşəbbüskarlardan biri, israilli sahibkar və Bitcoin tərəfdarı Moşe Hoqeqa-nın sözlərinə görə ilk nəticələr artıq altı aydan sonra peyda ola bilər. O əmindir ki, kriptovalyuta sahəsini tənzimləyən qanunvericiliyin olmaması həm istifadəçilərə, həm də biznesə çox sayda problem yaradır.

Tel-Əviv Məhkəməsinin qərarına əsasən, banklar Bitcoin ilə işləyən şirkətlərə xidmət etməkdən imtina edə bilər, məsələn, kriptobirjalara. Ölkənin Vergi idarəsi isə belə qərara gəlib ki, əgər Bitcoin hüquqi olaraq valyuta hesab olunmursa, onun satışına bir sıra vergi tətbiq olunacaq. Bu isə kriptovalyutanın tətbiq olunmasına ciddi maneə törədə bilər.

Qeyd olunur ki, işçi qrupunun tövsiyyələri çətin ki çox əlverişli olsun.

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+3°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0859
  • ₽ RUB
    0.0302