DÜNYA

Novak neftin qiymətinin düşəcəyini proqnozlaşdırır
24 NOYABR 2017
366

Novak neftin qiymətinin düşəcəyini proqnozlaşdırır

2017-11-24 14:26:00

Dünya bazarında neftin qiyməti cari səviyyədən azalaraq 2018-ci ildə 55-60 dollar/abrel diapazonunda dalğalanacaq. 

Fins.a Report-a istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiyanın energetika naziri Aleksandr Novak Boliviyanın Santa-Kruz şəhərində 6 ölkənin iştirakı ilə keçirilən qeyri-rəsmi sammitdə çıxış edib.

"Həm 2017-ci, həm də 2018-ci il üçün bu qiymət diapazonunu proqnozlaşdırmışıq. Dəqiq qiymət demək çətindir, lakin diapazonu proqnozlaşdırmaq olur", - A.Novak əlavə edib. 

"Oxford Economics" araşdırma şirkətinin proqnozlarına görə, 2018-ci ildə "Brent" markalı neftin orta qiyməti 55 dollara qədər azalacaq. Buna səbəb, hasilatın və ehtiyatların artması amilləri olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+5°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0949
  • ₽ RUB
    0.0300