DÜNYA

Türkiyədə dronla yük daşınacaq
24 NOYABR
115

Türkiyədə dronla yük daşınacaq

2017-11-24 13:52:00

Türkiyənin Poçt və Teleqraf Agentliyi (PTT) 2018-ci ildən etibarən pilotsuz uçuş aparatları vasitəsilə yük daşımağa başlayacaq.

Fins.az-ın verdiyi xəbərə görə, PTT rəhbəri Kənan Bozgeyik deyib.

O bildirib ki, təşkilat dron daşımaçılığına keçmək üçün yerli mühəndislər və universitetlərlə birlikdə iş aparır. K.Bozgeyik Türkiyənin dron texnologiyasına sahib olduğunu xatırladıb: “Lakin dərhal hər yerdə dronlarla karqo daşınması mümkün deyil. Coğrafi şərait, ölkənin mövcud şərtləri nəzərə alınacaq. İnşallah, 2018-ci ildə öz dronlarımızla uçmağa başlayacağıq. Məsələn, İstanbuldan Adalar istiqamətinə yükün sürətlə çatdırılması tələb olunursa, bunu etmək mümkündür. İstanbuldakı tıxaclar nəzərə alınarsa, 2 saatlıq yolu dronla yarım saatda qət etmək olar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289