DÜNYA

Gürcüstanda elektromobil istehsal olunacaq
24 NOYABR
157

Gürcüstanda elektromobil istehsal olunacaq

2017-11-24 12:01:00

Gürcüstanda xarici şirkətlərlə birgə elektrik avtomobillərin istehsalına başlanılması planlaşdırılır.

Fins.az-ın APA-ya istinadən məlumatına görə, layihənin dəyəri 5 milyon dollar məbləğində qiymətləndirilir. 

Birgə istehsal müəssisəsinin yaradılması ilə bağlı Çin və Almaniya şirkətləri ilə artıq müvafiq memorandum imzalanıb. Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması həyata keçirilir. İlk elektrik avtomobillərin 1,5 il ərzində istehsal olunacağı gözlənilir. 

Rustavi şəhəri yaxınlığında yerləşəcək müəssisədə elektrik avtomobillər yerli, regional və Avropa bazarları üçün dizayn olunacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9994
  • ₽ RUB
    0.0289