DÜNYA

OPEC razılaşmaya üzv olmayan 20 ölkəni görüşə dəvət edib
23 NOYABR
136

OPEC razılaşmaya üzv olmayan 20 ölkəni görüşə dəvət edib

2017-11-23 15:27:00

OPEC təşkilatı neft hasilatının azaldılması ilə bağlı razılaşmada iştirak etməyən 20 ölkəni 30 noyabrda Vyanada keçiriləcək nazirlərin görüşünə dəvət edib.

Fins.az xəbər verir ki, sözügedən bu iclasda neft hasilatının azaldılması üzrə əldə olunmuş OPEC+ razılaşmasının müddətinin uzaldılması müzakirə mövzusu olacaq.

Agentliyin verdiyi məlumatda qeyd olunur ki, dəvət olunan ölkələrə aiddir: Argentina, Benin, Boliviya, Braziliya, Kamerun, Çad, Kolumbiya, Konqo Demokratik Respublikası, Konqo respublikası, Misir, Qana, İndoneziya, Fil dişi sahili, Mavritaniya, Nigeriya, Norveç, CAR, Tacikistan, Türkmənistan və Özbəkistan.

Həmçinin bildirilir ki, Kamerun, Nigeriya, Norveç və Kolumbiya dəvəti təxirə salıb. Misir və Braziliya isə Vyana razılaşmasına qoşulmadıqlarını bəyan edib. Noyabr ayının əvvəlində Türkmənistan və Özbəkistanın görüşdə müşahidəçi qismində iştirak edəcəyi qeyd edilmişdi.

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289