DÜNYA

Rusiyanın neft hasilatı azalıb
22 NOYABR
109

Rusiyanın neft hasilatı azalıb

2017-11-22 11:57:00

Rusiyanın neft hasilatı oktyabr ayında keçən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz azalıb.

Fins.az xəbər verir ki, bu ilin oktyabr ayında ölkədə neft hasilatı keçən ilin eyni ayına nisbətən 2,1 faiz azalaraq 46,5 milyon tona geriləyib. Lakin ötən ay neft istehsalı sentyabr ayı ilə müqayisədə 4,5 faiz artıb.

Rusiyanın təbii qaz hasilatı oktyabrda 55,1 milyard kubmetr təşkil edib. Qaz istehsalının həcmi illik göstəricidə 2,2 faiz, aylıq göstəricidə isə 15,8 faiz artıb.

Bu ilin yanvar-oktyabr aylarında Rusiyanın neft hasilatı illik göstəricidə 0,2 faiz, təbii qaz istehsalı isə 12 faiz artıb.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289