DÜNYA

Türkiyədə dollar sürətlə bahalaşır - SON MƏZƏNNƏ
20 NOYABR 2017
1267

Türkiyədə dollar sürətlə bahalaşır - SON MƏZƏNNƏ

2017-11-20 16:57:00
Türkiyə Respublikasının Mərkəzi Bankı (TCMB) ötən həftə sonu il sonuna qədər ən çox 3 milyard dollar valyuta satılacağını açıqlamışdı.

Mərkəzi Bankın açıqlamasının ardından Dollar/Türk Lirəsi (TL) məzənnəsi 3.8228 səviyyəsinə qədər geriləmişdi. Sonradan yenidən yüksəlməyə başllayan məzənnə, Bazar ertəsi günümərhələli olaraq yüksələrək 3.90-nı keçib.

Dollar/TLməzənnəsi saat 16:20-də 3.9132 olub. Bu gün lirə dollar qarşısında 0,9% ucuzlaşıb.
 
Kredit reytinqi agentliyi Moody's-in illik kredit təhlilində Türkiyəyə dair şərhləri  Dollar/TL-nin gedişinə təsir göstərib.

Moody's-in analizində, Türkiyədə güclü iqtisadi artım və nisbi güclü dövlət maliyyəsinin siyasi risk və xarici təsirlərə həssaslığı tənzimlədiyi qeyd olunub.

marja.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251