DÜNYA

Çin Mərkəzi Bankı 1 həftəyə bazara 122 mlrd. dollar buraxıb
17 NOYABR 2017
709

Çin Mərkəzi Bankı 1 həftəyə bazara 122 mlrd. dollar buraxıb

2017-11-17 17:52:00

Çin Mərkəzi Bankı ötən gün valyuta bazarına 47 mlrd. ABŞ dolları həcmində intervensiya həyata keçirib.

Fins.az xəbər verir ki, bununla da qurumun son bir həftədə bazara çıxardığı valyutanın məbləği 122,2 mlrd. dollara çatıb.

Treyderlərin fikrincə, tənzimləyici qurumun addımları ölkənin maliyyə sistemində vəsait çatışmazlığının qarşısını almaq istəyi və bir qədər əvvəl istiqraz bazarında qeydə alınmış dalğalanma ilə bağlıdır. Belə ki, Çinin 2014-cü ildə 10 il müddətinə dövriyyəyə buraxdığı dövlət istiqrazlarının gəlirliliyi illik 3,96%-ə düşüb. Halbuki, 3 il bundan əvvəl sözügedən göstərici 4%-dən yüksək olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257