DÜNYA

OPEC hasilatın azaldılması barədə hesabat verib
15 NOYABR
92

OPEC hasilatın azaldılması barədə hesabat verib

2017-11-15 12:26:00
OPEC-dən bildiriblər ki, bu ilin oktyabr ayında hasilat 5 faiz azalıb. 2017-ci ilin 9 ayı ərzində hasilat 83 milyon barrel azaldılıb. Ötən il bu rəqəm 35 milyon barrel təşkil edib.
“Reuters”in məlumatına görə, OPEC hasilatı və ixracı 2018-ci ilin sonunadək azaldacaq. OPEC belə hesab edir ki, 2018-ci ildə neftin bir barrelinin qiyməti 60 dollardan yuxarı olacaq. Dünya bazarında isə qara qızılın qiyməti belədir: Londonun “İCE” birjasının məlumatına görə, “Brent” markalı neftin bir barrelinin qiyməti 62,91 dollardır. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin bir barreli 55,10 dollardır. Azərbaycanın “AzeriLight” markalı neftinin bir barreli 65,10 dollardır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291