DÜNYA

Rusiyada dolların məzənnəsi bu qədər olub
14 NOYABR
925

Rusiyada dolların məzənnəsi bu qədər olub

2017-11-14 19:35:00

Rusiyanın nağd valyuta bazarında dolların məzənnəsi 60 rubl səviyyəsini ötüb. Fins.az Reporta -a istinadən xəbər verir ki,sonuncu dəfə dollar bu ilin avqustun 15-də 60 rubldan baha satılıb.

Neftin bahalaşmasına baxmayaraq, Rusiyada dolların məzənnəsinin artmasının əsas səbəbi kimi, dünən açıqlanan III rüb iqtisadi artım göstəricisinin proqnozlardan aşağı olması və ABŞ-ın Rusiyaya tətbiq etdiyi yeni sanksiyaların iqtisadiyyata mənfi təsirinin qeyri-müəyyənliyi göstərilir.

Belə ki, III rübdə analitiklər ÜDM-də 1,9% artım gözlədikləri halda, göstərici 1,8% təşkil edib və II rübdə qeydə alınan 2,5% artımdan xeyli aşağı olub.

Digər əsas səbəb isə Rusiyanın neft-qaz boru ixracına ABŞ sanksiyalarının mümkün məhdudiyyətləri ilə bağlı mənfi gözləntilərin getdikcə güclənməsi göstərilir.

"Report"un analitik qrupu RUB/USD məzənnəsinin ayın sonuna qədər 63 səviyyəsinə yüksələcəyini istisna etmir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287