DÜNYA

Özbəkistanın bölgələrində benzin qıtlığı yaranıb
14 NOYABR
137

Özbəkistanın bölgələrində benzin qıtlığı yaranıb

2017-11-14 18:05:00

Özbəkistanın regionlarındakı yanacaqdoldurma məntəqələrində benzin qıtlığı müşahidə olunur. Fins.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Sputnik Özbəkistan” məlumat yayıb.

Bu vəziyyətdən isə möhtəkirlər istifadə edərək yanacağı 2 dəfə baha qiymətə satırlar. Qeyd olunur ki, möhtəkirlər maksimum mənfəət əldə etmək üçün müxtəlif kimyəvi maddələrdən istifadə edərək yanacağın keyfiyyətini də aşağı salırlar.

Hazırda yalnız Daşkənddəki yanacaqdoldurma məntəqləri stabil şəkildə benzinlə tədarük olunur.

“Özbəkneftqaz" şirkətindən adının açıqlanmasını istəməyən şəxs bildirib ki, bəzi regionlardakı yanacaqdoldurma məntəqələri ayda cəmi iki dəfə yanacaq alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291