DÜNYA

Gürcüstanda dizel bahalaşdı
14 NOYABR
241

Gürcüstanda dizel bahalaşdı

2017-11-14 14:52:00

Gürcüstanda son 2 ayda yanacağın qiymətində artım müşahidə olunur.

Fins.az xəbər verir ki, bu barədə APA-nın yerli bürosu Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinə istinadla məlumat yayıb.

Qeyd edilir ki, yanacağın qiyməti orta hesabla 10 tetri bahalaşıb. Oktyabr-noyabr aylarında dizel yanacağının qiyməti 6-11 tetri, benzinin qiyməti isə 5-10 tetri artıb.

Gürcüstanda yanacağın artması dünya bazarında neftin qiymətinin artması, dollar və avronun milli valyuta olan lariyə qarşı bahalaşması ilə əlaqələndirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287