DÜNYA

Venesuelada dollar 18 dəfə bahalaşıb
14 NOYABR
211

Venesuelada dollar 18 dəfə bahalaşıb

2017-11-14 10:31:00

Venesuelada ABŞ dollarının nağd məzənnəsi bu ilin əvvəlindən 18 dəfə artaraq 55 000 bolivara (VEF) çatıb. Fins.az xəbər verir ki, təkcə son bir həftədə Venesuelada dollar 20% bahalaşıb.

Dolların bahalaşmasına səbəb onsuz da iqtisadi böhran içərisində olan Venesuelada oktyabr ayında neft hasilatının son 28 ildə ilk dəfə 2 mln. barel/gün səviyyəsindən aşağı düşməsi xəbəri olub. Qeyd edək ki, oktyabrda Venesuelada neft hasilatı sentyabr ayı ilə müqayisədə 130 min barel/gün və ya 6,25% azalaraq 1,95 mln. barel/günə enib. 2015-ci illə müqayisədə isə hasilat 700 min barel və ya 26% azalıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp avqustun 25-də Venesuelaya qarşı maliyyə sanksiyalarının tətbiqi barəsində sərəncam imzalayıb. Bir neçə gün bundan öncə isə Venesuela Rusiyaya olan 1 mlrd. dollar borcunun qarşılıqlı razılaşma əsasında restrukturizasiyasına nail olub.

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Venesuelada inflyasiyanın 653%, 2018-ci il üçün isə 2 350% olacağını proqnozlaşdırır.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287