DÜNYA

OPEC qlobal neft tələbi proqnozlarını artırıb
13 NOYABR
149

OPEC qlobal neft tələbi proqnozlarını artırıb

2017-11-13 17:28:00

 OPEC təşkilatı 2017-ci il üçün qlobal neft tələbi ilə bağlı ilkin proqnozunu 74 min barel/gün, 2018-ci il üçün isə 130 min barel/gün artırıb.

Fins.az xəbər verir ki, bununla da 2017-ci ildə qlobal neft tələbi 1,53 mln. barel/gün artaraq 96,94 mln. barel/gün təşkil edəcək. Artıma səbəb kimi Çindən gələn tələbin gözləniləndən yüksək olması göstərilir.

OPEC 2018-ci il üçün isə qlobal neft tələbinin 1,51 mln. barel/gün artaraq 98,45 mln. barel/gün olacağını proqnozlaşdırır. Hesabatda həmçinin qeyd olunub ki, OPEC üzvü olmayan ölkələrin neft hasilatı 2018-ci ildə 870 min barel/gün artacaq. Xatırladaq ki, əvvəlki hesabatda bu göstərici 940 min barel/gün təşkil edib.

Qeyd edək ki, sabah Beynəlxalq Energetika Agentliyinin "Qlobal enerji icmalı" açıqlanacaq.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287