DÜNYA

İspaniya zeytun yağı ixracından gəlir əldə etməklə dünya liderinə çevrilib
14 NOYABR
101

İspaniya zeytun yağı ixracından gəlir əldə etməklə dünya liderinə çevrilib

2017-11-14 09:05:00

İspaniya 2016-cı ildə zeytun yağı ixracından 3,1 milyard avro, 2017-ci ilin ilk rübündə isə 1 milyard avro gəlir əldə edib.

Fins.az xəbər verir ki, uzun illər bu sahədə dünya lideri olan İtaliyanı üstələyən İspaniya, hazırda dünyada istehsal olunan zeytun yağının 44 faizini verir. İspaniyanın zeytun yağı istehsalçılarının təşkilatına rəhbərlik edən Tereza Peres bu göstəricini tarixi hadisə və onilliklərlə aparılan məqsədyönlü fəaliyyətin nəticəsi kimi qiymətləndirib.

Hazırda İspaniya istehsalı olan zeytun yağı dünyanın beş qitəsində satılır və keyfiyyəti ilə seçilir.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287