DÜNYA

ABŞ-da 3 ən zəngin insanın varidatı əhalinin toplam resurslarının yarısından çoxdur
10 NOYABR
147

ABŞ-da 3 ən zəngin insanın varidatı əhalinin toplam resurslarının yarısından çoxdur

2017-11-10 14:58:00

"Forbes" jurnalının qiymətləndirməsinə əsasən, 3 ən zəngin amerikalının ümumi varidatı ABŞ əhalisinin yarısından çoxunun, yəni 160 mln. insanın məcmu varıdatını üstələyir. 

Fins.az Report-a istinadən xəbər verir ki, bu məlumat Vaşinqtonda yerləşən "Institute for Policy Studies" təşkilatının hesabatında yayımlanıb.

Hesabatda bildirilir ki, söhbət "Amazon" şirkətinin yaradıcısı Cef Bezos (Jeff Bezos), "Microsoft"un yaradıcısı Bil Geyts (Bill Qates) və investor Uorren Baffetdən (Warren Buffet) gedir. Onların məcmu varidatının hesabat dərc olunan anda 263 mlrd. dollar təşkil etdiyi bildirilir.

Hesabatda həmçinin qeyd edilir ki, ABŞ-ın 25 ən zəngin milyarderinin toplam varidatı 1 trln. dollar təşkil edir. Orta sinif amerikalının avtomobil istisna olmaqla varidatı isə orta qiymətlə 80 min dollara bərabərdir.

"Əgər belə getsə, zənginlik yenə də az sayda insanın əlində toplanacaq. Kasıb təbəqə ilə zənginlərin arasında fərqi aradan götürmək üçün 2 əsas qərar verilməlidir. Bunlardan birincisi, zənginlər üçün güzəştli vergilərin ləğv edilməli, ikincisi isə, ümumiyyətlə onlar üçün vergi dərəcələri artırılmalıdır", - hesabatın müəlliflərindən biri olan Coş Hoksi (Josh Hoxie) bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287